Venesiya Komissiyasının ekspertləri Azərbaycanın KİV rəhbərləri ilə “Diffamasiya haqqında” qanun layihəsini müzakirə ediblər

Venesiya Komissiyasının ekspertləri Azərbaycanın KİV rəhbərləri ilə “Diffamasiya haqqında” qanun layihəsini müzakirə ediblər
# 10 aprel 2013 15:55 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycanın “Diffamasiya haqqında” qanun layihəsi ətrafında vəziyyət müzakirə olunub.

Görüşdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev iştirak ediblər.

Xatırladaq ki, qanun layihəsi təşəbbüsü ATƏT-in Bakı Ofisi tərəfindən irəli sürülüb və Mətbuat Şurası tərəfindən Milli Məclisə təqdim olunub. Venesiya Komissiyası bu qanun layihəsi ilə bağlı rəy hazırlayır.

Venesiya Komissiyasının ekspertləri bu məsələni qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR