Xəzər dənizinin sahilində, çimərlik zonalarında monitorinqlər keçirilib

Xəzər dənizinin sahilində, çimərlik zonalarında monitorinqlər keçirilib
# 01 iyun 2015 12:38 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür.

ETSN Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb.

Nazirliyin qurğuların quraşdırıldığı ərazilərdə apardığı monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.

Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

2015-ci ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri belədir:

s/s

Rayonun

Adı

Çimərliyin

adı

Mikrobioloji çirklənmə dərəcəsi,

bağırsaq çöpü bakteriya qruplarının miqdarı (ədəd/litr), norma göstəricisi < 5000

2008-ci il

2009-cu il

2010-cu il

2011-ci il

2012-ci il

2013-cü il

2014-cü il

2015-ci il

1

Sumqayıt

Sumqayıt

11 500-

260 000

çirkli

10 300-

250 000

çirkli

11 500-320 700 çirkli

10 800-205 700 çirkli

10 500-195 200 çirkli

36 000-198 000 çirkli

321 000-

133 000 çirkli

410 000 – 145 000

çirkli

2

Binəqədi

*Novxanı

9800-17000

çirkli

7600-8900

çirkli

normal

normal

normal

normal

Normal

normal

3

Sabunçu

*Pirşağı

normal

normal

normal

normal

normal

normal

Normal

normal

4

Sabunçu

*Nardaran

normal

normal

normal

normal

normal

normal

Normal

normal

5

Sabunçu

*Bilgəh

normal

normal

normal

normal

normal

normal

Normal

normal

6

Xəzər

*Zaqulba

normal

normal

normal

normal

normal

normal

Normal

normal

7

Xəzər

*Buzovna

normal

normal

normal

normal

normal

normal

Normal

normal

8

Xəzər

*Mərdəkan

normal

normal

normal

normal

normal

normal

Normal

normal

9

Xəzər

*Şüvəlan

normal

normal

normal

normal

normal

normal

Normal

normal

10

Suraxanı

Hövsan

15 500 -

13 000

çirkli

14 300-

11 000

çirkli

normal

normal

normal

normal

Normal

normal

11

Səbail

Şıx

7 700-

14 300

çirkli

7 200-

13 500

çirkli

6 700-

12 900 çirkli

6 500-

11 800 çirkli

6 600-

11 900 çirkli

69 000- 788 000 çirkli

71 000-

38 000

çirkli

263 000 – 34 000

Çirkli

12

Qaradağ

Sahil

7 600-

11 400

çirkli

7 500-

10 500

çirkli

5 800-

15 300 çirkli

5 500-

15 000 çirkli

5 600-

15 100 çirkli

24 000-

71 000 çirkli

790 000- 350 000 çirkli

398 000 – 150 000 çirkli

Qeyd: < 5000 – normal, >10000 – çirkli

*- lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər

P.S. Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.

ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR