Vakant yerlərə müəllimlərin əlavə yerləşdirməsi bu gün başa çatır

Vakant yerlərə müəllimlərin əlavə yerləşdirməsi bu gün başa çatır
# 10 avqust 2015 15:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ümumi təhsil müəssisələrinə və peşə liseylərin tutulmayan və imtina edilmiş vakant yerlərinə müəllimlərin əlavə yerləşdirməsi bu gün başa çatır. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub.

Müsahibənin nəticələrinə əsasən, 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.

Tutulan vakansiyalar daha çox Bakı şəhəri üzrə (345 yer), Cəlilabad rayonu üzrə (83 yer), Lerik rayonu üzrə (71 yer) olub. Daha çox vakant yerlər ibtidai sinif üzrə (335 yer), coğrafiya üzrə (206 yer), kimya üzrə (156 yer) tutulub.

İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR