Gürcüstan Avropa İttifaqı ilə azad ticarət barədə danışıqlara başlayıb

Gürcüstan Avropa İttifaqı ilə azad ticarət barədə danışıqlara başlayıb
# 01 sentyabr 2015 12:46 (UTC +04:00)

Bakı - APA. Gürcüstan və Avropa İttifaqı arasında azad ticarət barədə danışıqların birinci mərhələsi başlayıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbər görə, danışıqlar sentyabrın 4-nə qədər davam etdiriləcək.


Gürcüstan iqtisadiyyat nazirinin müavini Mixail Canelidze bildirib ki, danışıqlar 4 mərhələdə baş tutacaq: “Artıq hazırlıq işləri görülüb və danışıqlar prosesinin 1 il ərzində yekunlaşacağını düşünürük. Bu isə Gürcüstan üçün yeni bazarların açılması deməkdir”.


Qeyd edək ki, müqavilənin imzalanmasından sonra 4 Avropa ölkəsinin - İsveçrə, Norveç, İslandiya və Lixtenşteynin bazarları Gürcüstanın üzünə açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR