Ucarda avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Ucarda avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 23 iyun 2016 18:41 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucarda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə nəticəsində rayonun Bərşad kənd sakinləri, 59 yaşlı Soltanəli Ağəli oğlu İbrahimov, 58 yaşlı Zakir Bəşir oğlu Bəşirov hadisə yerində ölüb, 51 yaşlı Faxrədin Fəzail oğlu Abbasov və 55 yaşlı Şakir Bəşir oğlu Bəşirov isə xəsarət alıb.

Hadisəyə səbəb sürücünün içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi olub.

Qeyd edək ki, hadisə bu gün Ucar Rayonunun Türkəci kəndində qeydə alınıb. Zakir Bəşirov içkili vəziyyətdə idarə etdiyi 34 BA 013 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik maşınını yoldan çıxararaq ağaca çırpıb. Nəticədə, 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

**** 17.05

Ucar. Zahid Abışov-APA. Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə bu gün rayonun Türkəci kəndində qeydə alınıb. 34 BA 013 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. İlkin məlumatlarda ölənlərin və xəsarət alanların olduğu bildirilir.

Ölən və xəsarət alanların şəxsiyətləri məlum deyil. .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR