“Təmiz Şəhər” ASC məktəblilər üçün məlumat turları təşkil edib

“Təmiz Şəhər” ASC məktəblilər üçün məlumat turları təşkil edib
# 12 aprel 2013 01:40 (UTC +04:00)

Bakı-APA. Aprelin 11-də “Təmiz Şəhər” ASC Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) şagirdləri üçün Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması zavoduna məlumat turu təşkil edib. “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, turların keçirilməsində məqsəd uşaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və az istifadə, təkrar istifadə, çeşidləmə sahəsində uşaqların biliklərini artırmaqdır.

Məktəblilər Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər zamanı zavodun fəaliyyəti haqqında film izlədikdən sonra idarəetmə otağında şüşə arxasından və onlayn-monitorlar vasitəsi ilə tullantıların yandırılması prosesini müşahidə edib, tullantıların enerji əldə olunması prosesi haqqında məktəblilərə məlumat verilib. “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tur iştirakçılarına həmçinin tullantıların çeşidlənməsinin faydaları, sonrakı mərhələdə isə tullantıların təkrar emalı və zərərsizləşdirilməsi prosesini ətraflı izah edib.

Qeyd edək ki, tullantıların idarəolunması sahəsində görülən işlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR