"AXA Mbask" nizamnamə kapitalını kəskin artırır

"AXA Mbask" nizamnamə kapitalını kəskin artırır
# 02 sentyabr 2015 08:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sentyabr ayının 1-də "AXA Mbask" sığorta şirkətinin adi adlı səhmləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, şirkətin səhmləri kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emissiya hər birinin nominal dəyəri 382 manat olan 7 854 ədəd adi adlı səhmlərlə həyata keçiriləcək.

Bununla da, şirkət nizamnamə kapitalını 3 mln. 228 manat artıracaq. Hazırda şirkətin nizamnamə kapitalının 14 mln. 233 min 320 manat olduğunu nəzərə alsaq, emissiya baş tutduqdan sonra sığortaçının kapitalı 17 mln. 233,548 min manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR