BMT: «Suriyanı 1,3 milyon insan tərk edib»

BMT: «Suriyanı 1,3 milyon insan tərk edib»
# 11 aprel 2013 02:45 (UTC +04:00)

Baku-APA. Suriyada iki ildir davam edən münaqişəyə görə ölkəni 1,3 milyon insan tərk edib. APA-nın məlumatına görə, bu barədə BMT rəsmi nümayəndəsinin müavini Eduardo Del Buey məlumat verib.

Onun sözlərinə görə, qaçqınların yarıdan çoxu Suriyanı son 3 ayda tərk edib.

«Son 4 həftə ərzində BMT-nin qaçqınlar üzrə Ali komissarlığı orta hesabla gündə 7 min nəfəri qeydə alıb», deyə Del Buey bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR