“AXA Mbask” Qubada “Yaşıl gələcək” adlı ekoloji aksiya keçirib

“AXA Mbask” Qubada “Yaşıl gələcək” adlı ekoloji aksiya keçirib
# 19 may 2015 05:52 (UTC +04:00)

Bakı - APA-Economics. “AXA Mbask” sığorta şirkəti sığorta üzrə dünya lideri “AXA Qrup”unun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu dəfə “AXA Mbask” korporativ sosial məsuliyyət çərçivəsində, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl gələcək” adlı ekoloji aksiya keçirib.

Bu aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları Şimal Bölqəsi filialın sığorta agentləri ilə birlikdə Dəvədabani yaşayış massivində 50-dən çox şam ağacı əkiblər.

İşlər təcrübəli aqrotexnikin rəhbərliyi altında həyata keçirilib. Bağın əməkdaşları peşəkar təlimat aparıblar. Təlimat zamanı aksiya iştirakçıları ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olub, zəruri inventar və suvarma üçün su ilə təmin ediliblər.

Qeyd etmək lazımdır ki, aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

Sığorta bazarının liderlərindən biri olan “AXA Mbask” 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi səkkiz beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR