Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 1-də Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Azyaşlı Nilay Bayramova yaşadığı evin pəncərəsindən (4-cü mərtəbə) yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.