APA-nın qərb bürosunun verdiyi məlumata görə, sürətlə gələn
Türkiyə Respublikasına aid dövlət nömrə nişanlı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Kənd sakinlərinin dediyinə görə, hadisə baş verən ərazidə yol nişanları radar quraşdırılmasına baxmayaraq, bəzi sürücülər burada yüksək sürətlə hərəkət edirlər.
Qeyd edək ki, təxminən 3 həftə öncə Bakı-Qazax avtomagistralının Dağ Kəsəmən kəndi ərazisində oxşar qəza baş verib. Hadisə nəticəsində 11 baş iribuynuzlu mal-qara tələf olub.