“InvestAZ” “Ən yaxşı tədris xidməti” nominasiyası üzrə birinci olub

“InvestAZ” “Ən yaxşı tədris xidməti” nominasiyası üzrə birinci olub
# 13 oktyabr 2014 07:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “InvestAZ” şirkəti Türkiyənin İstanbul şəhərində keçirilən “FX World Istanbul” FOREX və törəmə alətləri adlı konfrans və sərgidə “Ən yaxşı tədris xidməti” nominasiyası üzrə qalib elan olunub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, dünyanın aparıcı bank və maliyyə qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə, şirkətin FOREX və investisiya sahəsi üzrə təşkil etdiyi tədris proqramları birinci yerə layiq görülüb.

Qeyd edək ki, şirkət Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi lisenziyalar əsasında broker, diler və aktivlərin idarə olunması fəaliyyəti göstərir. Azərbaycan və Türkiyə Respublikasında tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən “InvestAZ” şirkəti Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR