İmişli sakininə məxsus 2 min ot bağlaması yanıb

İmişli sakininə məxsus 2 min ot bağlaması yanıb
# 22 iyul 2016 23:09 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA.  İmişli sakininə məxsus 2 min ot bağlaması yanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında  Şahverdili kəndində yaşayan İmanovlar ailəsinə məxsus  təsərrüfatda  qeydə  alınıb.

 

Yanğın nəticəsində  2 000  ot bağlaması, həmçinin bir neçə ev quşu və tövlənin bir hissəsi yanıb. Yanğının söndürülməsinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika  və  canlı  qüvvəsi  cəlb edilib. Alov  söndürülüb. 8 ton ot yanğından mühafizə edilib. 

 

Yanğının digər  ərazilərə  və yaxınlıqdakı   tikililərə keçməsinin qarşısı  alınıb.  Faktla  bağlı  araşdırma  aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR