Abşeron rayonunda avtomobil mikroavtobusla toqquşub, 5 nəfər xəsarət alıb

Abşeron rayonunda avtomobil mikroavtobusla toqquşub, 5 nəfər xəsarət alıb
# 03 may 2013 12:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. “VAZ 21-015” markalı avtomobillə Saray istiqamətinə hərəkət edən mikroavtobus toqquşub. Qəza nəticəsində “VAZ 21 -015” markalı avtomobildə olan 1992-ci il təvəllüdlü Elşad Nəsrəddin oğlu Hüseynzadə, 1994-cü il təvəllüdlü Nadir Xanməmməd oğlu Əliyev, Cahangir Cavanşir oğlu Piriyev, 1992-ci il təvəllüdlü Pərviz Bəylər oğlu Cəfərli və şəxsiyyəti dəqiqləşdirilən digər bir nəfər ağır xəsarət alıb. Xəsarət alan beş nəfər ağır vəziyyətdə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR