Azərbaycan millisi FİFA reytinqində 7 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 7 pillə irəliləyib
# 09 iyul 2015 10:10 (UTC +04:00)

Belə ki, DÇ-2018-in seçmə mərhələsinin püşkatması üçün səbətlər məhz bu reytinqə əsasən müəyyənləşdiriləcək.

Yeni siyahıda ciddi dəyişikliklər baş verib. Buna səbəb iyunun 4-də açıqlanan cədvəldən sonrakı 35 gün müddətində millilərin iştirakı ilə müxtəlif statuslu matçların baş tutmasıdır. AVRO-2016 və DÇ-2018-in seçmə oyunları, Amerika kuboku, həmçinin yoldaşlıq görüşləri siyahıda əksini tapıb.

İyunun 7-də Serbiya ilə yoxlama matçında 1:4 hesabı ilə uduzub, ayın 12-də AVRO-2016-nın seçmə mərhələsinin Norveçlə görüşündə 1 xal qazanan Azərbaycan millisi irəliləyişə nail olub. Xal hesabı 302-yə yüksələn Robert Prosineçkinin yetirmələri mövqeyini 7 pillə yaxşılaşdırıb. Hazırda komandamız dünyanın 108-cisi adına şərikdir.

Millimiz Litva, Syerra-Leone, Bəhreyn, Namibiya, Botsvana, Sent-Vinsent və Qrenadin, Filippin, Madaqaskar, Keniya yığmalarını arxada qoyaraq, Malaviyə çatıb. İki komanda – Niger və Liviya isə daha böyük sıçrayışla millimizi də keçib.

Millimiz və “qonşuları”

104 (107). Kuba - 313

105 (100). Makedoniya - 311

105 (93). Qvatemala - 311

107 (104). Antiqua və Barbuda – 303

108 (115). AZƏRBAYCAN – 302

108 (95). Malavi - 302

110 (96). Litva - 301

111 (83). Syerra-Leone - 300

112 (119). Zimbabve - 290

113 (106). Bəhreyn – 282

Siyahıya nəzər salsaq, “onluq”da da böyük dəyişiklik var. Almaniyanı taxtdan salan Argentina 2 pillə irəliləyərək, zirvədə qərarlaşıb. Bu, Belçikanı da geriləməsinə səbəb olub. Uels 12, İngiltərə 6, Rumıniya 4 addımlıq sıçrayışla 10 ən yaxşı komanda sırasına daxil olub. İspaniya, Uruqvay və Fransa isə buradakı yerini itirib.


İlk “onluq”

1 (3). Argentina – 1473

2 (1). Almaniya – 1411
3 (2). Belçika – 1244
4 (4). Kolumbiya – 1217
5 (6). Hollandiya – 1204

6 (5). Braziliya – 1186

7 (7). Portuqaliya – 1177

8 (12). Rumıniya - 1166

9 (15). İngiltərə - 1157

10 (22). Uels - 1155

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibinin də mövqeyi dəyişib. Xorvatiya cədvəldə 4 pillə irəliləyibsə, İtaliya eyni qədər geriləməyə üzülüb. Norveç 3, Bolqarıstan 6, Malta isə 13 addım geri düşüb.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

14 (18). Xorvatiya – 1023
17 (13). İtaliya – 1001
67 (64). Norveç - 495
68 (62). Bolqarıstan - 489
158 (145). Malta – 157

Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 627 xalla 9 pillə irəliləyib. “Ay-ulduzlular” burada 48-ci yerə yüksəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR