Xaçmazda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Xaçmazda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib
# 13 aprel 2013 14:16 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Xaçmaz rayonunda tədbir keçirilib. APA-nın Şimal bürosunun məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri Əhliman Əmiraslanov, İlham Əliyev, Aqiyə Naxçıvanlı, Gülçöhrə Məmmədova, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və rayon sakinləri iştirak ediblər.

Qonaqlar öncə H.Əliyevin abidəsini, Heydər Əliyev Mərkəzini və Zərifə Əliyeva adına 8 saylı Məktəb Liseyə baş çəkiblər.

Çıxış edənlər H.Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR