TQDK V siniflər üzrə 6 dərsliyin istifadəsini məqsədəuyğun hesab etməyib

TQDK V siniflər üzrə 6 dərsliyin istifadəsini məqsədəuyğun hesab etməyib
# 01 may 2013 14:30 (UTC +04:00)

TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, komissiya tərəfindən V siniflər üzrə orta ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin monitorinqi başa çatdırılıb.

Monitorinqin nəticəsinə əsasən, orta məktəblərin V sinifləri üzrə “Azərbaycan dili”, “Riyaziyyat”, iki “Həyat bilgisi”, “İngilis dili” və qüvvədə olan iki “Ədəbiyyat” dərsliyindən birinin istifadəsi məqsədəuyğun hesab olunmayıb. Digər dərsliklər və tədris vasitələrinin isə qeyd olunan irad, qeyd və təkliflər nəzərdə alınmaqla istifadəsi məqsədəuyğun sayılır.

Artıq V sinif dərslikləri ilə bağlı aparılan monitorinqin nəticələri ilə bağlı yekun rəy Təhsil Nazirliyinə təqdim edilib. Yekun rəy yaxın 2 gün ərzində TQDK-nın internet saytında yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR