Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda adam bıçaqlayan şəxs saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da Əlibəy Cəfərov adlı vətəndaşa bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Rasim İbadov tutulub.
Faktla bağlı araşdırma aparılır.