Azərbaycanın Litvadakı səfiri bu ölkənin müdafiə naziri ilə görüşüb - FOTO

Azərbaycanın Litvadakı səfiri bu ölkənin müdafiə naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 03 oktyabr 2014 09:57 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin müdafiə naziri Yozas Olekas ilə görüşüb. Bu barədə APA-ya Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Görüş zamanı, Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri və hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfir H.Məmmədzadə müdafiə nazirinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib. Səfir prezident İlham Əliyev tərəfindən ordunun güclənməsi və peşəkarlığın artırılmasına xüsusi önəm verildiyini bildirərək, Y.Olekasa Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlardan danışıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR