Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 654616 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 654616 manat artıb
# 01 oktyabr 2014 12:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 654616 manat artıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1 oktyabr tarixinə fondun manat hesabındakı vəsait 57 809 552 manat, ABŞ dolları ilə olan hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Artım Azərbaycan manatı ilə olan hesabda olub. Ümumilikdə fondun vəsaiti 73 911 653 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR