Xələf Xələfov: “Növbəti Xəzər sammiti Həştərxanda keçiriləcək” - VİDEO

Xələf Xələfov: “Növbəti Xəzər sammiti Həştərxanda keçiriləcək” - <span style="color: red;">VİDEO
# 09 iyul 2014 11:43 (UTC +04:00)
APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov verib.

Onun sözlərinə görə, bu çıxışla müşavirədə Azərbaycan diplomatlarına yol xəritəsi təqdim olunub: “Biz gələcək 2 illik fəaliyyətimizdə bu yol xəritəsini əsas götürərək diplomatik fəaliyyətimizi quracaq, beynəlxalq arenada qarşıda duran hədəflərə nail olmaq üçün səyləri davam etdirəcəyik”.

Xələf Xələfov bu il Həştərxanda Xəzərin hüquqi statusunun müəyyənləşməsinə dair növbəti sammitin keçiriləcəyini deyib: “Bakı sammitindən sonra növbəti sammitin bu il Həştərxanda keçirilməsi planlaşdırılır. Bir çox hazırlıq işləri aparılıb , bu işlər yenə davam etdirilir. May ayında nazirlərin konfransı keçirildi, bəzi istiqamətlərdə irəliləyişlər oldu. Amma yenə də yekun nəticələrə nail olmaq üçün nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupu işini davam etdirəcək. Bizim avqustun sonunda Moskvada görüşümüz nəzərdə tutulub. Ola bilər Həştərxanda sammitdən öncə də görüş oldu. Əsas məsələ ondan ibarətdir ki, prezidentlər səviyyəsində qəbul olunacaq yekun sənəd razılaşdırılmalıdır, o sənəddə bir çox prinsipial məqamların öz həllini tapması nəzərdə tutulub .Eyni zamanda bəzi istiqamətləri təşkil edən saziş layihələrinin razılaşdırılması başa çata və imzalanmaq üçün sammitə təqdim oluna bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR