Gəncədə iki bacı itkin düşüb - FOTO

Gəncədə iki bacı itkin düşüb - <span style="color: red;">FOTO
# 26 may 2015 14:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə iki bacı itkin düşüb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakinləri, 2000-ci il təvəllüdlü Abdurəhmanova Səkinə və onun bacısı Məryəm bu il aprelin 29-da gecə saat 01.00 radələrində yaşadıqları evdən gediblər və bir daha geri qayıtmayıblar.

Məlumatda qeyd olunur ki, Səkinə Abdurəhmanovanın boyu 1 metr 60 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində ağ-qara rəngli şalvar, qara kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

M. Abdurəhmanovanın boyu isə 1 metr 55 santimetrdir, o da orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Səkinə və Məryəm Abdurəhmanovaları görənlərdən və ya itkin düşmüş iki bacı barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 315-44-05, (050) 322-18-32 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR