Bakıda törədilən silahlı insidentin təfərrüatları məlum olub - VİDEO - YENİLƏNİB

Bakıda törədilən silahlı insidentin təfərrüatları məlum olub - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 02 oktyabr 2014 08:08 (UTC +04:00)

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəyə qan düşmənçiliyi səbəb olub.

Belə ki, iki ay əvvəl hadisəni törədən Hicran Səfərovun oğlu insident zamanı yaralanan Ayxan Savalanlı tərəfindən bıçaqlanıb. A. Savalanlı azyaşlı olduğu üçün o həbs edilməyib. H. Səfərov isə oğlunun intiqamını almaq məqsədi ilə qanuni ov tüfəngi alıb və qisas məqsədi ilə Rövşən Əliyevi və onun oğlu A. Savalanlını güllələyib.

***

10.43

Bakı. Fuad Cəfərov - APA. Bakıda silahlı insident baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyevə və onun oğlu 1998-ci il təvəllüdlü Ayxan Savalanlıya atəş açıb.

Silahlı insident zamanı xəsarət alan ata və oğlu müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən H. Səfərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR