İran zəlzələ nəticəsində ölənlərin olmadığını açıqlayıb

İran zəlzələ nəticəsində ölənlərin olmadığını açıqlayıb
# 17 aprel 2013 00:50 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Sistan və Bəlucistan vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin olmadığı açıqlanıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, Sistan və Bəlucistan vilayətinin valiliyindən də təbii fəlakət nəticəsində yalnız yaralıların olduğu bildirilib.

Qeyd edək ki, aprelin 16-da İranın Sistan və Bəlucistan vilayətində yerli vaxtla saat 10:44-də 7.8 bal gücündə, yerin 18 km dərinliyində zəlzələ baş verib. Təbii fəlakətin episentri Sərvan şəhəri olub. Bu zəlzələnin son 40 ildə İranda ən güclü zəlzələ olduğu bildirilir. Zəlzələ Pakistan, Hindistan, Əfqanıstan və ərəb ölkələrində də hiss olunub. İran xəbər agentlikləri əvvəlcə zəlzələ nəticəsində 40 nəfərin öldüyünü açıqlasa da, ancaq sonradan ölü və yaralı sayı ilə bağlı məlumatlar silinib. Xarici kütləvi informasiya vasitələri isə İran mənbələrinə istinadən 27 nəfərin yaralandığını yazıblar. Zəlzələdən sonra 4,4 və 4,8 bal gücündə daha iki yeraltı təkan baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR