DİN Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

DİN Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb
# 06 dekabr 2014 10:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-da saat 01 radələrində Ucar rayonunun Qazıqumlaq kəndində kənd sakini Çingiz Qədirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə avtomobildə yanğın baş verib.

Nəticədə sürücü və sərnişinləri Vasif Kərimov və Tapdıq Qədirov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR