Vyana danışıqlarında Əsədin Suriyada rolu barədə razılıq əldə edilməyib

Vyana danışıqlarında Əsədin Suriyada rolu barədə razılıq əldə edilməyib
# 30 oktyabr 2015 17:42 (UTC +04:00)

Bakı-APA. Suriyada münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqların iştirakçıları prezident Bəşər Əsədin bu prosesdə rolu barədə razılıq əldə edə bilməyiblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın xarici işlər naziri İbrahim Cəfəri bəyan edib.

“Görüş iştirakçılarının bir qismi Əsədin istefasını tələb edir, digərləri isə bu məsələni Suriya xalqının ixtiyarına buraxmağın tərəfdarı olduqlarını qeyd ediblər”, deyə İ.Cəfəri bildirib.

İ.Cəfəri həmçinin bildirib ki, tərəflər terrorla mübarizənin vacibliyi və Suriyadakı böhranın siyasi yolla həll olunmasına dair razılığa gəliblər.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Suriya üzrə çoxtərəfli görüş keçirilib. Yeddi saatdan çox davam edən görüşdə 10-dan çox ölkənin nümayəndə heyəti iştirak edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR