Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Noyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Noyabr - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 17:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

“Üçüncü artıqdır” prinsipi Suriyada da işləyir. Həm Əsəd, həm Əsəd qarşı müxalif qüvvələr artıq olan üçüncünü müəyyənləşdiriblər. Bu üçüncü - İŞİD-dir. Suriyada müxaliflərin İŞİD-in mövqelərinə dair koordinatları Moskvaya ötürməsi iki məqsəd daşıyır. Birincisi, müxaliflər bu yolla özlərini rus bombalarından müvəqqəti də olsa sığortalamaq istəyir, ikincisi Suriya müxalifəti Əsədlə danışıqlar masası arxasında müzakirə edə biləcəyi ortaq nöqtə formalaşdırmağa çalışır. Məntiqlə “düşmənimin düşməni mənim dostumdur” prinsipi Əsəd və müxalifəti dialoq masası arxasına əyləşdirə bilər. Tərəflər ən azı öz münasibətlərini aydınlaşdırmağı İŞİD faktoru aradan qalxana kimi təxirə sala bilərlər. İŞİD-ə qarşı mübarizədə həm Əsədin, həm müxalifətin Rusiyanın yanında yer alması həm də Moskvanın Yaxşın Şərq cəbhəsində daha bir diplomatik qələbəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR