Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı Azərbaycana gəlib
# 15 oktyabr 2014 10:31 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı, vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın məlumatına görə, nümayəndə heyətinin səfəri bu gün başlayıb.

Səfər çərçivəsində vitse-admiral H. Üstem Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində görüşlər keçirəcək, Azərbaycan Sahil Mühafizəsinin imkanları ilə tanış olacaq.

Qeyd edək ki, vitse-admiral H. Üstem bu ilin avqust ayında Türkiyə Sahil Təhlükəsizlik komandanı vəzifəsinə təyin olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR