Lənkəranda su polisinin əməkdaşını cərəyan vurub - VİDEO

Lənkəranda su polisinin əməkdaşını cərəyan vurub - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2014 08:16 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Regional Şöbəsinin əməkdaşı, polis serjantı, rayonun Şirinquyu kənd sakini, 1986-cı il təvəllüdlü Malik Əlizakir oğlu Cahangirov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Patoloji Anatomiya və Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə aparılıb.

M.Cahangirovun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR