“Nar” tərəfindən kitab həvəskarları üçün elan edilmiş onlayn müsabiqə başa çatıb - FOTO

“Nar” tərəfindən kitab həvəskarları üçün elan edilmiş onlayn müsabiqə başa çatıb - <span style="color: red;">FOTO
# 10 aprel 2015 08:59 (UTC +04:00)

Bakı - APA-Economics. Kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Nar” tərəfindən “Ali & Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə davam edən “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində keçirilmiş #NarlaOxu “Twitter” müsabiqəsi başa çatıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar”-ın kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edib.

Beləliklə, müsabiqə müddətində ən çox retvit toplamış istifadəçilər arasından seçilmiş qaliblərə dəyərli mükafatlar verilib. Müsabiqənin qalibi Orucova Günel Məzahir qızı (@Oruc_) və Cəfərov Rauf Seyid oğluna(@raufjafarov) “Amazon Kindle Voyage” təqdim edildi. 3-cü yerin sahibi Əliyeva Aynur Yaşar qızına (@dreaminooo) isə “Amazon Paperwhite” verilib. “Nar” kitaba olan həvəsi artırmaq üçün daha iki nəfərə hədiyyə verərək, retvitlər əsasında 4-cü və 5-ci yerləri tutan Bağırov Coşqun Nazim oğluna (@bagirovich) və məşhur aparıcı DJ Fatehə (@DJ_Fateh) “Ali & Nino” dükanlar şəbəkəsində keçərli olan 100 manat dəyərində hədiyyə kuponu təqdim edib. Qeyd edək ki, DJ Fateh qazandığı kuponu öz səhifəsində keçirəcəyi başqa bir müsabiqənin izləyicilər arasındakı qalibə təqdim edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR