Qaxda 82 yaşlı qadın qayalıqdan çaya düşərək ölüb

Qaxda 82 yaşlı qadın qayalıqdan çaya düşərək ölüb
# 02 may 2013 07:04 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun İlisu kəndində baş verib.

İlisu kənd sakini, 1931-ci il təvəllüdlü Camalova Kəlmət Tahir qızı qayadan yıxılaraq Kürmük çayına düşüb. Bir neçə saat köməksiz qalan Kəlmət Camalova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının və rayon hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində K. Camalovanın meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisənin ehtiyatsızlıq baş verdiyi ehtimal edilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR