QAT Ali Məclisin iclası keçirilib - FOTO

QAT Ali Məclisin iclası keçirilib - <span style="color: red;">FOTO
# 20 dekabr 2014 13:17 (UTC +04:00)

Bakı-APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) Ali Məclisin növbəti iclası keçirilib.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb. QAT-ın yeni seçilmiş rayon şöbələrinin sədrləri Xəlil Xəlilov (Ağdam), Qara Musayev (Yevlax), Səmayə Xəlilova (Qusar), Söhrab Şirinov (Kəlbəcər), Bulud Rüstəmov (Sabirabad), Fikrət Rüstəmov (Goranboy), Məmmədəli Quliyev (Sumqayıt) səlahiyyətləri təsdiq edilib. Solmaz Mirzəyeva, Maarif Musaoğlu, Əliəsgər Hacıyev Ali Məclisə, Nəcibə Qasımova, Tahir Bayramov, Rəhman Cəfərov, Hüseyn Həsənov İdarə Heyətinə yeni üzvlər seçiliblər.

İclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2014-cü ilin yekunlarına dair hesabat sənədi əsasən qəbul olunub, sənədin əlavə və düzəlişlərlə qəbul olunması İdarə heyətinə tapşırılıb. Məclis üzvləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni müzakirə edib, atılacaq addımları müəyyənləşdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR