Ukraynada yaşayan azərbaycanlıların köməyi ilə bu ölkədə ilk mobil hospital istifadəyə verilib

Ukraynada yaşayan azərbaycanlıların köməyi ilə bu ölkədə ilk mobil hospital istifadəyə verilib
# 20 oktyabr 2014 10:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin rəhbərlik etdiyi Ukrayna Millətlər Assambleyası Ukrayna Nazirlər Kabineti ilə birgə ölkədə ilk dəfə olaraq mobil xəstəxananın təqdimatını keçirib. Assambleyadan APA-ya verilən məlumata görə, mobil hospitalın təqdimatında Ukrayna Nazirlər Kabinetinin etnomilli siyasət məsələləri üzrə şöbə müdiri Gennadi Druzenko, Ukrayna prezidentinin müşaviri Olqa Boqomolets, Kiyev şəhər merinin müavini Mixail Radutski, digər siyasi və ictimai xadimlər iştirak ediblər.


Təqdimat zamanı mobil hospitalın əməliyyat bloku təqdim olunub, hərbi əməliyyatlar şəraitində təxliyyə komandasının yerdəyişməsi və təcili cərrahiyyə yardımı aparılması imkanları nümayiş etdirilib. Hospital Ukraynanın şərqində gedən döyüşlərdə yaralananlar üçün nəzərdə tutulub. R. Tağıyev bildirib ki, hospitalda hər cür yaralılar üçün bütün tibbi yardımlar və müayinələr nəzərdə tutulub. Mobil hospital döyüş zonasının 10 km-liyində 30 dəqiqə ərzində açılıb yerləşdirilə bilər və hər saatda 10 yaralı əsgərə tibbi cərrahiyyə əməliyyatı yardımı göstərmək imkanına malikdir.

Mobil hospital ölkədəki müxtəlif millətlərə məxsus iş adamlarının, əsasən də Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi rəhbərliyinin vəsaiti hesabına yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR