Meksika körfəzində neft platformasında partlayış və yanğın baş verib, 4 nəfər ölüb, onlarla yaralı var

Meksika körfəzində neft platformasında partlayış və yanğın baş verib, 4 nəfər ölüb, onlarla yaralı var
# 01 aprel 2015 20:56 (UTC +04:00)

APA-nın BBC”yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 4 nəfər ölüb, onlarla fəhlə xəsarət alıb, 300-dək işçi təxliyə olunub.

"Röyters" yanğından əvvəl platformada güclü partlayışın baş verdiyini bildirir.

Yanğının söndürülməsinə 8 yanğınsöndürən gəmi cəlb olunub.

Hadisənin səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR