Milanda Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşü keçiriləcək

Milanda Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşü keçiriləcək
# 09 oktyabr 2014 11:45 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya prezidenti Vladimir Putin Ukrayna, Almaniya və Fransa liderləri ilə görüşəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Milanda Asiya - Avropa Forumu çərçivəsində keçiriləcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, İtaliyada bir sıra görüşlərin keçirilməsi planlaşdırılır və Ukrayna münaqişəsi əsas müzakirə mövzusu olacaq.

“Normandiya formatı”na uyğun olaraq Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko ilə görüş nəzərdə tutulur”, - deyə Y. Uşakov vurğulayıb.

Qeyd edək ki, X Asiya-Avropa Forumu oktyabrın 16-17-də Milanda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR