Azərbaycan nümayəndə heyəti Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransında iştirak edib - FOTO

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransında iştirak edib - <span style="color: red;">FOTO
# 23 aprel 2015 15:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Belçika Krallığının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində ölkənin Namür şəhərində Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı başlayıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Konfransın plenar açılış toplantısında Avropa Şurasının demokratiya üzrə baş direktoru Snezena Samardzic-Markovic, Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse-prezidenti Juliana Hoxha, Beynəlxalq Qeyri-hökumət Təşkilatlarının Təhsil və Mədəniyyət Komitəsinin prezidenti Sabine Rohmann, İnkişaf Bankının vitse-idarəçisi Apolonio Ruiz Ligero, Belçika Krallığının Valoniya hökumətinin vitse-prezidenti və irs naziri, Namür şəhərinin meri Maxime Prevot çıxış ediblər.

Nazirlikdən bildiriblər ki, konfransın əsas məqsədi Avropa irs strategiyasının hazırlanması üzrə məsləhətləşmələrin aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər və mexanizmlər üzrə qaydaların razılaşdırılmasıdır.

Sayca 6-cı dəfə təşkil edilən konfransın yekununda Avropa irsinin qorunması və təşviqi üzrə deklarasiyanın qəbul edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR