Azərbaycan prezidenti ABŞ prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti ABŞ prezidentinə başsağlığı verib
# 16 aprel 2013 12:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti məktubunda Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndiyini bildirib, Birləşmiş Ştatların prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR