Təhsil Nazirliyi Azərbaycanın orta məktəblərinin I sinfinə şagirdlərin qəbulu məsələsini ciddi araşdırır

 Təhsil Nazirliyi Azərbaycanın orta məktəblərinin I sinfinə şagirdlərin qəbulu məsələsini ciddi araşdırır
# 04 may 2013 09:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, M.Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, Təhsil Nazirliyi Azərbaycanın orta məktəblərinin I sinfinə şagirdlərin qəbulu məsələsini ciddi araşdırır. Nazir təhsillə bağlı tələsik qərarların verilməsinin tərəfdarı olmadığını qeyd edib. Onun sözlərinə görə, bununla bağlı təkmilləşdirmə aparılacağı təqdirdə ictimaiyyət bu barədə məlumatlandırılacaq.

M.Cabbarov Azərbaycanda orta məktəbi bitirən bütün məzunlara attestat verilməsinin nə dərəcədə düzgün olacağı ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, təhsil naziri olaraq bu məsələdə qanunvericilik və sosial ədalət baxımından bir problem görmür: «Biz tərəfdarıyıq ki, hər bir şagird öz biliyinə uyğun qiymət alsın, qiyməti qeyri-kafidirsə 2 alsın. Sadəcə olaraq bu attestatda qeyd olunmalıdır. Təbii olaraq, biz bu təklifi irəli sürürük, qərar müvafiq qaydada veriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR