Yaxın 2 gün ərzində Azərbaycan ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq - VİDEO

Yaxın 2 gün ərzində Azərbaycan ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 09:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.


Sabah Azərbaycanın rayonlarına bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi və güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR