Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələr müzakirə edilib

Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələr müzakirə edilib
# 31 mart 2015 06:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə Monteneqro Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında əlaqələrin inkişafında Birgə Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Monteneqro iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, humanitar və s. sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrini daha da genişləndirə bilərlər.

Ş. Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.

B. Miliç səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini qeyd edib. İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan səfir B. Miliç iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə, eləcə də Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR