Almaniya Parlamentinin üzü: «Azərbaycan Avropa dəyərlərinə bağlı sivil və demokratik ölkədir»

Almaniya Parlamentinin üzü: «Azərbaycan Avropa dəyərlərinə bağlı sivil və demokratik ölkədir»
# 10 aprel 2013 12:43 (UTC +04:00)

Bakı – APA-Economics. Aprelin 10-da ARDNŞ-in baş ofisində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Almaniya Parlamentinin (Bundestaq) üzvü, Sosial- Demokrat Partiyası parlament fraksiyasının rəhbəri Martin Linderlə görüşüb.

«APA-Economics»in ARDNŞ-ə istinadən məlumatına görə, görüşdə ARDNŞ rəhbəri Azərbaycan və Almaniya arasında ikitərəfli və parlamentlərarası münasibətlərin inkişafında belə səfərlərin mühüm rol oynadığını qeyd edib. Azərbaycanın Avropa dəyərlərinə bağlı sivil və demokratik ölkə olduğunu vurğulayan qonaq Avropanın enerji təhlükəsizliyi baxımından ölkəmizin rolunu yüksək qiymətləndirdiklərini söyləyib.

ARDNŞ prezidenti R.Abdullayev Avropanın enerji təminatına yönəlmiş layihələrin gedişi haqda qonağa ətraflı məlumat verib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR