Mərdəkan və Şüvəlan gənclərinin rəsm sərgisi keçirilib - FOTOSESSİYA

Mərdəkan və Şüvəlan gənclərinin rəsm sərgisi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 may 2015 07:00 (UTC +04:00)

Bakı-APA. Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 181 saylı orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mərdəkan və Şüvəlan gənclərinin rəsm sərgisi” layihəsi həyata keçirilib.


Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgini açılış sözü ilə açan 181 saylı orta məktəbin direktor müavini Ülviyyə Həsənova qonaqları və iştirakçıları salamlayıb. Daha sonra layihə rəhbəri Tural Abdullazadə sərginin məqsəd və gənclərə töhfəsindən danışıb: “Layihənin keçirilməsində məqsəd istedadlı və bacarıqlı gəncləri üzə çıxarmaq, onların ictimai aktivliyini artırmaq və gənclər arasında müsbət əhval-ruhiyyə və özünəinam yaratmaqdır. Layihə çərçivəsində 40-dan artıq yaradıcı gənc hazırladıqları rəsm əsərləri və bədii sənət nümunələri vasitəsilə daxili aləmlərini canlandıraraq, ölkəmizin zəngin təbiəti, xalqımızın qonaqpərvərliyi, mədəniyyəti, keçmişi və gələcəyi haqqında düşüncələrini sərgi izləyiciləri ilə bölüşüblər. Hər bir tablonun özünəməxsusluğu, gənc rəssamların əl işləri vasitəsilə öz istedadlarını göstərməsi, müəyyən fikirlər ötürə bilməsi kifayət qədər müsbət haldır. Ümid edirik, ki bu sərgi də onların yaradıcılığında müəyyən iz qoyacaq. Gənc rəssamlara yaradıcılıqlarının növbəti pillələrində uğurlar arzu edirəm”.

Sonra söz qonaqlara verilib. Onlar da öz növbəsində layihənin iştirakçılarına uğurlar arzu edərək sərgi ilə bağlı fikirlərini bölüşüblər.

Sonda layihə iştirakçılara sertifikatlar, ən yaxşı əsərlərin müəlliflərinə isə diplom və hədiyyələr verilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasını Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR