Fransalı deputatlar Bəşər Əsədlə görüşüblər

Fransalı deputatlar Bəşər Əsədlə görüşüblər
# 28 oktyabr 2015 23:58 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 28-də Dəməşqdə Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşüblər.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, saat yarım davam edən görüşün təfərrüatları açıqlanmır.

Danışıqlarda Fransa parlamentinin aşağı palatasının müxalif “Respublikaçılar” partiyasının deputatı Jan-Frederik Puason, onun partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess iştirak ediblər.

Qeyd edək ki, Fransa hökuməti deputatların Dəməşqə səfərini təhlükəli və faydasız adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR