Misirin paytaxtında partlayış baş verib

Misirin paytaxtında partlayış baş verib
# 08 oktyabr 2015 01:50 (UTC +04:00)

Bakı-APA. Misirin paytaxtı Qahirədə partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident şəhərin mərkəzində, polis məntəqəsinin qarşısında qeydə alınıb.

Güclü partlayış nəticəsində 2 nəfər yaralanıb. Polisə məxsus nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR