Rusiyanın tanınmış hüquq müdafiəçisi Valeriya Novodvorskaya vəfat edib

Rusiyanın tanınmış hüquq müdafiəçisi Valeriya Novodvorskaya vəfat edib
# 12 iyul 2014 18:26 (UTC +04:00)

Bakı-APA. Rusiyanın paytaxtı Moskvada görkəmli ictimai-siyasi xadim, “Demokratik Birlik” liberal partiyasının təsisçisi Valeriya Novodvorskaya 64 yaşında vəfat edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, uzun müddət bir neçə xroniki xəstəlikdən əziyyət çəkən Valeriya Novodvorskaya bu gün ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Valeriya Novodvorskaya Rusiyanın tanınmış siyasi xadimi, müstəqil jurnalist olub. Müxalifət düşərgəsinin fəal nümayəndələrindən olan V.Novodvorskaya bir çox etiraz aksiyalarının təşkilində yaxından iştirak edib, bir neçə kitabın müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR