Mirmahmud Mirəlioğlu Milli Şura istiqamətində müzakirələri “dostların danışığı” hesab edir

Mirmahmud Mirəlioğlu Milli Şura istiqamətində müzakirələri “dostların danışığı” hesab edir
# 02 may 2013 10:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şuranın yaradılması istiqamətindəki proseslərdən hiss olunur ki, bu müzakirələr dostların bu və ya digər danışıqları adlandırılsa, daha yaxşı olar”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Partiya sədri bildirib ki, KXCP Milli Şuranın yaradılması istiqamətində danışıqlara dəvət olunmayıb, lakin müxalifətin birlik formatı barədə təkliflərini təqdim edib: “Milli Şuranın yaradılması istiqamətində danışıqlar aparanların öz təklifləri, maraqları var və işlərini görürlər. Prosesdən hiss olunur ki, bu müzakirələr Milli Şuradan daha çox dostların bu və ya digər danışıqları adlandırılsa, daha yaxşı olar. Müxalifətin yeni birliyinə hər zaman ehtiyac var. Biz bu birliyin formatını təqdim etmişik. Lakin bəzi yanaşmalara görə bu birlik hazırda aktuallığını itirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR