Böyük Britaniyanın enerji naziri: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Böyük Britaniyanın enerji naziri: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
# 10 iyul 2014 11:07 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə, Ramiz Mikayıloğlu - APA. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın mövqeyi aydındır. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Bu, enerji təhlükəsizliyi üçün də vacibdir”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon (Michael Fallon) deyib.

M. Fallon xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur: “Biz istərdik ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini daha da artırsın və danışıqlar prosesi tezliklə müsbət nəticə versin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR