Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktorunu qəbul edib
# 20 sentyabr 2014 15:38 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla BP şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb, “Cənub” qaz dəhlizi layihəsinin regional əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, layihənin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR