Tamerlan Tsarnayevin meyiti ABŞ-dakı qohumlarına verilib

Tamerlan Tsarnayevin meyiti ABŞ-dakı qohumlarına verilib
# 03 may 2013 03:45 (UTC +04:00)

Bakı-APA. Bostonda törədilmiş terror aktından sonra polislə atışmada qətlə yetirilmiş Tamerlan Tsarnayevin meyiti ABŞ-dakı qohumlarına verilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Boston.com portalı məlumat yayıb.

Bundan əvvəl rəsmi qurumlar Tamerlan Tsarnayevin yoldaşı Ketrin Rassel onun meyitini götürmək hüququndan imtina etməyincə, meyiti qohumlarına verməyəcəklərini bildirib. Bir neçə gün əvvəl Ketrin Rassel ərinin meyitini almaq hüququndan imtina edib.

Meyitin konkret hansı qohuma verildiyi bildirilmir.

Məhkəmə-tibbi ekspertiza Tamerlan Tsarnayevin ölümünün dəqiq səbəbini müəyyən edib. Bu barədə məlumat mayın 3-də gün ərzində elan olunacaq.

Xatırladaq ki, aprelin 15-də Bostonun mərkəzində bir birinin ardınca iki partlayış törədilib, nəticədə 3 nəfər həlak olub, 260-dan çox adam yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR