Qərib Məmmədov “Eurogeographics” təşkilatının Baş Assambleyasında iştirak edir

Qərib Məmmədov “Eurogeographics” təşkilatının Baş Assambleyasında iştirak edir
# 29 sentyabr 2014 15:25 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada milli xəritəçəkmə və kadastr agentliklərinin assosiasiyası olan “EuroGeographics”in növbəti Baş Assambleyasında iştirak edir.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, tədbir 28-30 sentyabr tarixlərində Moldovada keçirilir.

Budəfəki plenar iclasın gündəliyinə əsasən, 46 Avropa ölkəsini təmsil edən, 61 təşkilatı özündə birləşdirən “Eurogeographics”in İdarəetmə Şurasının illik hesabatı, Şuraya yeni üzvlərin seçilməsi, 2015-ci il üçün fəaliyyət planı və büdcə kimi cari məsələlərlə yanaşı, bir sıra konseptual problemlərə də xüsusi yer ayrılıb.

Bunlardan kadastr məsələlərinin gələcəyinə cəmiyyətin təsiri, Avropa Məkan Platformasının milli xəritəçəkmə və kadastr təşkilatları üçün üstünlükləri kimi qlobal mövzuları xüsusilə qeyd etmək lazımdır. Dəyirmi masa ətrafında Avropa ölkələrinin müvafiq qurumlarının rəhbərləri milli xəritəçəkmə qurumlarının rolunun geoməkan informasiyasının brokeri olaraq təsbit edilməsi, böyük verilənlər inqilabı, yeni texnologiyaların milli xəritəçəkmə və kadastr təşkilatlarına təsiri və gələcəyin kadastrı mövzularında geniş müzakirələr aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR